Bakıda avtomatla gəzən keçmiş məhkum tutuldu

Bakıda avtomatla gəzən keçmiş məhkum tutuldu
  27 Avqust 2019    Oxunub:1935
Respublikanın daxili işlər orqanları tərəfindən əllərdə qanunsuz saxlanılan odlu silah, partlayıcı maddə və qurğuların aşkar edilərək yığılması məqsədilə növbəti əməliyyat-axtarış tədbiri həyata keçirilib.
DİN Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, Səbail Rayon Polis İdarəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində saxlanılan Bakı şəhər sakini, əvvəllər oğurluq və maşın qaçırmaya görə məhkum olunan R.Hüseynbəyovdan “AKS-47” markalı avtomat silahı və 20 ədəd patron götürülüb.

Azvision.az



Teqlər: DİN   silah  





Xəbər lenti