Daxili İşlər Nazirliyi (DİN) Mətbuat Xidmətindən
Azvision.az -a verilən məlumata görə, müraciətlə əlaqədar dərhal əməliyyat-axtarış tədbirlərinə başlanılıb. DİN-in Təhlükəsiz Şəhər Xidmətinin əməkdaşları tərəfindən qeyd edilən nəqliyyat vasitəsinin avqustun 26-da saat 20 radələrində Ələt-Astara yolunun 35-ci kilometrliyində hərəkətdə olması aşkar edilib.
Görülmüş tədbirlərlə avtomobil Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Nəqliyyat vasitəsini idarə edən Masallı rayon sakini Z.Fətullayev və 3 sərnişini Qaradağ Rayon Polis İdarəsinin 38-ci Polis Bölməsinə təhvil veriliblər. Araşdırma aparılır.
Azvision.az