Sevdiyi qıza sürpriz etmək istədi, polis tutdu - VİDEO

Sevdiyi qıza sürpriz etmək istədi, polis tutdu -  VİDEO
  27 Avqust 2019    Oxunub:4252
Avqustun 25-də gecə saat 1 radələrində Binəqədi rayonunun A.Məmmədov küçəsində bir nəfər pirotexniki vasitə partladaraq sakinləri narahat edib.
DİN Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, həmin şəxs ərazidə xidmət aparan 7-ci Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb. Araşdırmalarla onun Bakı şəhər sakini E.İsmayıllı olduğu müəyyən edilib.

E.İsmayıllı barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsi ilə protokol tərtib olunaraq rayon məhkəməsinə göndərilib.



Bəzi KİV-də yayılan məlumatlara görə, həmin şəxs sevgilisinə sürpriz etmək üçün onun yaşadığı məhəlləyə fişəng atıb. Bunu görən bina sakinləri onu əhatəyə alaraq döyməyə başlayıblar.

Azvision.az



Teqlər: DİN  





Xəbər lenti