Bakıda yol qəzasında 5 nəfər yaralandı - SİYAHI

   Bakıda yol qəzasında 5 nəfər yaralandı -    SİYAHI
  28 Avqust 2019    Oxunub:2999
Bakının Binəqədi rayonunda 5 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
Azvision.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Biləcəri qəsəbəsində qeydə alınıb. "Ford" və "Mitsubishi" markalı avtomobillərin toqquşması nəticəsində yaralananların adları müəyyən edilib:

- 1990-cı il təvəllüdlü Hüseynova Arzu Nizami qızı;
- 1985-ci il təvəllüdlü Əliyev Ceyhun Muxtar oğlu;
- 1963-cü il təvəllüdlü Baxışova Nəzakət Mütəllim qızı;
- 1962-ci il təvəllüdlü Hüseynova Şahnaz Allahverən qızı;
- 1948-ci il təvəllüdlü Ağayev Namik Əbülfəz oğlu.

Yaralılar dərhal xəstəxanaya çatdırılaraq Reanimasiya şöbəsinə yerləşdiriliblər.
Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.

Azvision.az



Teqlər: Bakı   Qəza   Yol   Xəstəxana  





Xəbər lenti