Kiyevdə Qarabağ problemi müzakirə edildi

Kiyevdə Qarabağ problemi müzakirə edildi
  05 Dekabr 2013    Oxunub:1082
ATƏT təhlükəsizlik icmasının yaradılmasının mümkün olmadığı qənaətindəyik
“Azərbaycan unikal formada hərtərəfli təhlükəsizlik konsepsiyasına və eləcə də geniş və müxtəlif üzvlüyə malik olan yeganə regional təsisat kimi ATƏT-in müqayisəli üstünlüklərindən tam şəkildə istifadə olunmasına son dərəcə mühüm əhəmiyyət verir. İnanırıq ki, 1975-ci il Helsinki rəhbər prinsiplərinin azalmayan dəyərinə hörmət və dialoq ATƏT-in əsas funksiyalarının həyata keçirilməsi üçün mütləqdir”.

AzVision.az xəbər verir ki, bu sözləri nazir Elmar Məmmədyarov ATƏT-in Nazirlər Şurasının 20-ci iclasında çıxışı zamanı bildirib.

Nazir vurğulayıb ki, bu xüsusda, Helsinki+40 prosesi çərçivəsində müzakirələrin başlamasına və onu effektiv şəkildə istiqamətləndirməsinə görə Ukraynanın sədrliyini təqdir edirik.

“Azərbaycan növbəti sədrlər olacaq İsveçrə və Serbiya tərəfindən təklif olunan yol xəritəsinin həlli uzanmış münaqişələrin nizamlanması və silahlara nəzarət kimi ən problemli sahələrdə uğura nail olmaq üçün geniş fürsətlər yaradacağına ümid edir”.

E.Məmmədyarovun sözlərinə görə, Azərbaycanın BMT Təhlükəsizlik Şurasında təcrübəsi və tərəfdaş dövlətlərlə kollektiv səylərimiz sübut etdi ki, beynəlxalq hüququn norma və prinsiplərinə tam hörmət əsasında dialoq və əməkdaşlıq etimadın bərpa olunması və dəyişkən siyasi və təhlükəsizlik mühitinin sabitləşdirilməsi üçün ən yaxşı vasitədir:

“Bu istiqamətlər üzrə əsaslı nəticələr əldə etmədən əsl ATƏT təhlükəsizlik icmasının yaradılmasının mümkün olmadığı qənaətindəyik. ATƏT üzv dövlətinin işğal olunmuş ərazilərinə qanunsuz olaraq qoşunların və ağır silahların yerləşdirilməsi mövcud silahlara nəzarət rejimlərinin qeyri-effektivliyinin və tədricən iflasının əsas səbəbləridir. Göründüyü kimi, münaqişədən əziyyət çəkən ərazilər hərbsizləşdirilmədən ədalətli, yoxlanıla və proqnozlaşdırıla bilən silahlara nəzarət mexanizmi qurula bilməz. Münaqişələrdən əziyyət çəkən ərazilər tətbiq olunma məntəqəsi kimi nəzərdən keçirildiyi halda, etimad və təhlükəsizliyin qurulması tədbirləri ümumi siyasi və təhlükəsizlik kontekstindən kənar baxıla bilməz. Münaqişənin doğurduğu siyasi və təhlükəsizlik fəsadları müvafiq qaydada aradan qaldırılmadan etimad və təhlükəsizliyin qurulması tədbirləri və regional əməkdaşlığın özlüyündə münaqişənin həll edilməsi potensialına malik olması barəsində fərziyyələr utopikdir”.

Nazir həmçinin qeyd edib ki, ATƏT-in səhra missiyaları və təsisatları təhlükəsizlik əməkdaşlığının gücləndirilməsi və götürdükləri öhdəliklərin həyata keçirilməsi üçün üzv dövlətlərə yardım edilməsində mühüm vasitələrdirlər:
“Eyni zamanda siyasi və təhlükəsizlik mühiti barəsində müqabil bilgi olmadan və ATƏT-in fəaliyyətdə olan sədrliyi və Baş katibi ilə əlaqələndirmədən yalnız texniki mandat və təcrübə əsasında ATƏT-in təsisatının təşkilat adından seçki monitorinqinin nəticəsi kimi siyasi məsələ barəsində rəsmi bəyanatla çıxış etməsi utanc doğurur. Ona görə də hesab edirik ki, ATƏT-in demokratik təsisatlar və insan hüquqları bürosunun seçkilərdə rolunun nəzərdən keçirilməsi Helsinki+40 prosesinin tərkib hissəsi olmalıdır.

Türkdilli dövlətlərin əməkdaşlıq şurasına ATƏT-in nazirlər toplantısında iştirak etmək üçün Ukraynanın ATƏT-dəki sədrliyinin göndərdiyi dəvəti yüksək qiymətləndiririk. Regional əməkdaşlıq mexanizmi kimi, Türkdilli dövlətlərin əməkdaşlıq şurasının ATƏT-in fəaliyyətində iştirak etməsinin hər iki təşkilatın bölüşdüyü məqsədlərin həyata keçirilməsinə töhfə verəcəyinə inanırıq”.

Mirvari




Teqlər:  





Xəbər lenti