Bir gündə iki piyada qəzada ölüb

Bir gündə iki piyada qəzada ölüb
  28 Avqust 2019    Oxunub:1534
Avqustun 27-də saat 21 radələrində Göygöl rayonunun Yeni Qızılca kəndi ərazisində Daşkəsən rayon sakini Ş.İbrahimov idarə etdiyi “VAZ-21012” markalı avtomobillə yolu keçən Gəncə şəhər sakini Yetirən Həsənovu vurub.
DİN Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, piyada xəstəxanaya aparılarkən yolda ölüb. Göygöl RPŞ tərəfindən araşdırma aparılır.

Bundan başqa avqustun 27-də saat 21 radələrində Qazax rayonunun Birinci Şıxlı kəndi ərazisində Gürcüstan vətəndaşı B.Mahmudov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən kənd sakini Nurlan Yusifovu vurub. Xəstəxanaya yerləşdirilən piyada orada ölüb. Araşdırma aparılır.

Azvision.az



Teqlər: DİN  





Xəbər lenti