Evlərdən oğurluq edən şəxslər tutuldu

Evlərdən oğurluq edən şəxslər tutuldu
  28 Avqust 2019    Oxunub:1472
Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində rayon ərazisindəki evlərin birindən 4000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Təzəkənd kənd sakini, əvvəllər məhkum olunmuş M.Həmidov saxlanılıb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, eyni zamanda Abşeron Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində rayon ərazisindəki evlərin birindən 4150 manat dəyərində geyim və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Sumqayıt şəhər sakini S.Əsgərov və Saray qəsəbə sakini V.Məmmədov saxlanılıblar.

Hər iki faktla bağlı araşdırma aparılır.

Azvision.az



Teqlər:





Xəbər lenti