Gömrükçülər aksizsiz spirtli içkilər aşkarladı

Gömrükçülər aksizsiz spirtli içkilər aşkarladı
  28 Avqust 2019    Oxunub:1405
Aksiz markası olmayan spirtli içkilər aşkarlanıb.
Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən Azvision.az -a bildirilib ki, Komitənin Əməliyyat-İstintaq Baş İdarəsinin Əməliyyat İdarəsinə “Mercedes-Benz E300” markalı nəqliyyat vasitəsində Azərbaycanın aksiz markası ilə markalanmayan spirtli içkilərin olduğu barədə məlumat daxil olub. Məlumat əsasında Qərb Ərazi Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat İdarəsinin əməkdaşları tərəfindən həmin avtomobil Gəncə şəhəri ərazisində saxlanılıb və baxış keçirilib.

Baxış zamanı Azərbaycan vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsinin salonunda və yük yerindəki sellofan torbalarda spirtli içkilərin olduğu müəyyənləşdirilib. Sellofan torbalara ətraflı baxış keçirilməsi üçün avtomobil Qərb Ərazi Baş Gömrük İdarəsinin inzibati binasının həyətinə gətirilib. Yoxlama zamanı sellofan torbaların içərisində 1 litrlik, üzərində “Bombay Sapphire” yazılan 27 ədəd, üzərində “Aperon” yazılan 14 ədəd, üzərində “Jameson” yazılan 26 ədəd, üzərində “Sierra” yazılan 30 ədəd, üzərində “Bacardi” yazılan 28 ədəd, üzərində “Finlandia” yazılan 7 ədəd, üzərində “Jim Beam” yazılan 18 ədəd, üzərində “Optium Ron Blanco” yazılan 6 ədəd, üzərində “Optimum Premium Black” yazılan 5 ədəd, üzərində “Ballantines” yazılan 10 ədəd və 0,5 litrlik, üzərində “Yeni Rakı” yazılan 30 ədəd Azərbaycan aksiz markası ilə markalanmayan spirtli içkilər aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Azvision.az



Teqlər: DGK  





Xəbər lenti