Lənkəranda avtobus aşıb: Bir nəfər ölüb, 20-dən çox yaralı var

   Lənkəranda avtobus aşıb:    Bir nəfər ölüb, 20-dən çox yaralı var
  29 Avqust 2019    Oxunub:3877
Lənkəran rayonunun Bəliton kəndində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Azvision.az xəbər verir ki, “PAZ” markalı sərnişin avtobusunun əyləcində olan nasazlıq səbəbindən nəqliyyat vasitəsi yoxuşdan geriyə gedərək aşıb. Avtobusun sürücüsü, 1957-ci il təvəllüdlü Ələmdar Ağayev hadisə yerində ölüb, 23 nəfər isə müxtəlif növ bədən xəsarətləri alıb.

Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Yaralılardan 22 nəfəri travmatologiya şöbəsinə, 1 nəfər qadın isə ağır vəziyyətdə olduğundan reanimasiya şöbəsinə yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Azvision.az



Teqlər: Qəza  



Xəbər lenti