Sürücü törətdiyi qəzada həyatını itirdi

Sürücü törətdiyi qəzada həyatını itirdi
  29 Avqust 2019    Oxunub:1652
Avqustun 29-da saat 1 radələrində Yevlax rayonunun Qaradeyin kəndi ərazisində Bakı şəhər sakini Qərib Orucov idarə etdiyi “Chevrolet Cruze” markalı avtomobili qarşıda gedən həmyerlisi S.Rəfiyevin idarə etdiyi “Mack” markalı yük avtomobilinin yarımqoşqusuna vurub.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, qəza zamanı Qərib Orucov hadisə yerində ölüb. Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Azvision.az



Teqlər: DİN   Qəza  





Xəbər lenti