Məsciddən xalçalar oğurlayan qadın tutuldu - FOTO

Məsciddən xalçalar oğurlayan qadın tutuldu -   FOTO
  29 Avqust 2019    Oxunub:1923
Quba Rayon Polis Şöbəsinə (RPŞ) rayon ərazisində yerləşən məscidlərin birindən bir neçə xalçanın oğurlanması barədə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan Azvision.az -a verilən məlumata görə, RPŞ-də dərhal əməliyyat qrupu yaradılıb və hadisə yerinə baxış keçirilib. Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində məscidə məxsus xalçaların Şabran rayon Günəşli kənd sakini Lalə Babayeva tərəfindən oğurlandığı müəyyən edilib.



İlkin dindirilmə zamanı L.Babayeva tutduğu əməli etiraf edərək, xalçaları gecə saatlarında məsciddə heç kimin olmadığı vaxtda oğurladığını bildirib. Faktla bağlı Quba RPŞ-də araşdırmalar aparılır.



Azvision.az



Teqlər: Quba   oğurluq  





Xəbər lenti