Goranboyda eyni anda 3 ev yanıb

Goranboyda eyni anda 3 ev yanıb
  30 Avqust 2019    Oxunub:1569
Goranboy rayonunda yanğın olub.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, Dəliməmmədli şəhərində bir-birinə bitişik tikilmiş ümumi sahəsi 56 m² olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları, ümumi sahəsi 42 m² olan 3 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları, ümumi sahəsi 40 km² olan talvarın yanar konstruksiyaları və ümumi sahəsi 92 m² olan birmərtəbəli 4 otaqlı evin 2 otağının yanar konstruksiyaları 40 m² sahədə yanıb. Evlərin qalan hissəsi və bitişik evlər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az


Teqlər: FHN   Yanğın  



Xəbər lenti