Bakıda iki əcnəbi qarət edildi

Bakıda iki əcnəbi qarət edildi
  30 Avqust 2019    Oxunub:2342
Səbail RPİ-nin 9-cu Polis Bölməsinə müraciət edən 2 əcnəbi vətəndaş avqustun 28-də axşam saatlarında N.Rəfibəyli küçəsində onlara yaxınlaşmış naməlum şəxsin içərisində 100 manat, 100 ABŞ dolları və 200 real olan pulqabılarını açıq talama yolu ilə apardığını bildiriblər.
DİN Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, müraciətlə əlaqədar dərhal müvafiq araşdırma aparılıb. “İsti izlər”lə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini A.Miriyev qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb. Səbail Rayon Polis İdarəsində araşdırma aparılır.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti