Polis evdən 21 min oğurlayan şəxsləri saxladı

Polis evdən 21 min oğurlayan şəxsləri saxladı
  31 Avqust 2019    Oxunub:1781
Mingəçevirdə evdən külli miqdrada pul oğurlanıb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, Mingəçevir ŞPŞ və Şirvan ŞPŞ əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 24-nə keçən gecə Mingəçevir şəhərindəki mənzillərin birindən 7500 ABŞ dolları, 4500 avro, 2 ədəd üzük və 1 ədəd qızıl sırğa oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunan T.Atakişiyev, Sabirabad rayon sakinləri S.Quliyev Mingəçevir şəhərinin ərazisində, M.Məmmədov isə Şirvan şəhəri ərazisində saxlanılıblar.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti