Nardaran sakinindən tüfəng və qumbara götürülüb

Nardaran sakinindən tüfəng və qumbara götürülüb
  02 Sentyabr 2019    Oxunub:1503
Nardaranda xeyli sayda silah-sursat tapılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, aparılan profilaktiki tədbirlər nəticəsində Sabunçu rayonunun Nardaran qəsəbə sakini Ə.Qarayev tapdığı içərisində 1 ədəd lüləsi kəsilmiş “İJ” markalı tüfəng, 1 ədəd “RQD” qumbarası, 57 ədəd patron və zəncir olan torbanı könüllü olaraq 42-ci PB-yə təhvil verib.

Azvision.az


Teqlər: Nardaran  





Xəbər lenti