İki “KamAZ” toqquşdu - Ölən və yaralı var

İki “KamAZ” toqquşdu -   Ölən və yaralı var
  03 Sentyabr 2019    Oxunub:5248
Sabirabad rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.
Azvision.az xəbər verir ki, rayonun Şəhriyar kəndi ərazisində “KamAZ” markalı iki yük maşını toqquşub. Qəza zamanı bir nəfər ölüb, digər bir şəxs isə yaralanıb.

Dünyasını dəyişən şəxsin Qaralı kənd sakini Qədir Həmidov olduğu müəyyən edilib. Faktla bağlı araşdırma aparılır.

Azvision.az



Teqlər: Sabirabad   Qəza  





Xəbər lenti