İki “KamAZ” toqquşub, ölən var

İki “KamAZ”  toqquşub, ölən var
  03 Sentyabr 2019    Oxunub:3286
Sentyabrın 2-də saat 18 radələrində Sabirabad rayonunun Şəhriyar kəndi ərazisində rayon sakini Qədir Səmədovun və Ağcabədi rayon sakini İlyas Həmidovun idarə etdikləri 2 “KamAZ” markalı avtomobil toqquşub.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, nəticədə hər iki sürücü xəstəxanaya yerləşdirilib. Q.Səmədov orada ölüb. Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Azvision.az



Teqlər: DİN   Qəza  





Xəbər lenti