Qaradağda “Shacman” qəza törədib

Qaradağda “Shacman” qəza törədib
  04 Sentyabr 2019    Oxunub:2801
Bakı şəhərinin Qaradağ rayonunda “Shacman” markalı yük avtomobili yol kənarındakı beton maneəyə çırpılıb.
Azvision.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub.

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 1 nəfəri deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.​

Azvision.az



Teqlər: FHN   Qəza  



Xəbər lenti