Paytaxtda oğru iş başında yaxalandı

Paytaxtda oğru iş başında yaxalandı
  04 Sentyabr 2019    Oxunub:1856
Bakıda oğurluğa cəhd göstərən şəxs saxlanılıb.
DİN-in Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, sentyabrın 3-də saat 2 radələrində Zabrat dəmir yolu stansiyası ərazisindən 200 metr qoşa birləşdirici naqili və 100 metr aparıcı trosu kəsib oğurlamağa cəhd göstərən Bakı şəhər sakini M.Əliyev NBPİ-nin Sabunçu Xətt Polis Şöbəsinin əməkdaşları tərəfindən yaxalanıb.

Araşdırma aparılır.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti