İki nəfərdən tüfəng götürülüb

İki nəfərdən tüfəng götürülüb
  04 Sentyabr 2019    Oxunub:2745
Ağdaş və Zərdab rayon sakinlərindən ov tüfəngi götürülüb.
Azvision.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Zərdab Rayon Polis Şöbəsi (RPŞ) əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Alıcanlı kənd sakini A.Şükürovdan müvafiq sənədləri olmayan “TOZ” markalı ov tüfəngi, Ağdaş RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Pirkəkə kənd sakini M.İsmayılovdan müvafiq sənədləri olmayan “TOZ-16” markalı ov tüfəngi götürülüb.

Azvision.az



Teqlər: Tüfəng  





Xəbər lenti