Bakıda yanğında bir ailənin 3 üzvü xəsarət alıb

 Bakıda yanğında bir ailənin 3 üzvü xəsarət alıb
  04 Sentyabr 2019    Oxunub:1327
Bakının Səbail rayonunda yaşayış binasında baş verən yanğın zamanı həmin binada yaşayan Sabir Xubanov öz avtomobili ilə oğlu Anar Xubanovu 5 saylı xəstəxananın yanıq şöbəsinə gətirib.
Səhiyyə Nazirliyindən Azvision.az -a verilən məlumata görə, hər ikisinin xəsarətləri yüngül olduğundan ilkin yardımdan sonra ambulator müalicəyə buraxılıblar. Bu gün Sabir Xubanovun həyat yoldaşı Zibeydə Xubanova 5 saylı xəstəxanaya müraciət edib.

Xəstəxanadan verilən məlumata görə Zibeydə Xubanova palataya yerləşdirilib, müalicəsi davam edir. Xubanovlar xəstəxanaya özləri müraciət etdiklərindən Təcili Tibbi Yardım briqadasının məlumatında adları qeyd edilməyib.

Azvision.az



Teqlər:





Xəbər lenti