Sürücünün sənədləri olmayıb - Qəza ilə bağlı açıqlama

  04 Sentyabr 2019    Oxunub : 1270
 Sürücünün sənədləri olmayıb - Qəza ilə bağlı açıqlama
Bakı Nəqliyyat Agentliyi Nobel prospektində, Nargilə dairəsi yaxınlığında sərnişin avtobusunun iştirakı ilə baş verən yol-nəqliyyat hadisəsi barədə məlumat yayıb.
Agentlikdən Azvision.az -a bildirilib ki, qəza ilə bağlı Bakı Nəqliyyat Agentliyi tərəfindən araşdırmaya başlanılıb. İlkin məlumata görə, idarəetmədən çıxan minik avtomobili əvvəlcə səkiyə, daha sonra isə dayanacaqdan çıxan 46 nömrəli avtobusa çırpılıb.

Hadisə şahidlərinin bildirdiyinə görə, qəza minik avtomobilinin yüksək sürətlə idarə olunması səbəbindən baş verib. Həmçinin minik avtomobili sürücüsünün sənədlərinin olmadığı bildirilir. Bu və hadisəyə dair digər detallar müvafiq qurumların araşdırmasından sonra məlum olacaq.

Azvision.az

Teqlər: BNA   Qəza