Narkotik alverçisi 1,8 kq heroinlə tutulub

Narkotik alverçisi 1,8 kq heroinlə tutulub
  05 Sentyabr 2019    Oxunub:2306
Bakıda narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən şəxs tutulub.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini Ş.Əliyev saxlanılıb.

Şəxsi axtarış zamanı ondan 1,8 kiloqramdan artıq çəkidə heroin aşkar edilərək götürülüb. Faktla bağlı araşdırma aparılır.

Azvision.az



Teqlər: DİN   Narkotik  





Xəbər lenti