Avtoyuma məntəqəsindən maşın qaçırılıb

Avtoyuma məntəqəsindən maşın qaçırılıb
  05 Sentyabr 2019    Oxunub:1825
Sentyabrın 4-də Kürdəmir RPŞ-yə müraciət edən Xırdapay kənd sakini F.Kərimov həmin gün saat 9 radələrində şəhər ərazisində yerləşən avtoyuma məntəqəsindən “Hyundai” markalı avtomobilinin qaçırılmasını bildirib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, müraciətlə əlaqədar dərhal əməliyyat-axtarış tədbirlərinə başlanılmışdır. Nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən həmin avtoyuma məntəqəsinin işçisi A.Abdullayev qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən avtomobillə birgə saxlanılıb.

Araşdırma aparılır.

Azvision.az


Teqlər: DİN   Avtoyuma  





Xəbər lenti