Keçmiş məhkum tapança ilə tutulub

Keçmiş məhkum tapança ilə tutulub
  06 Sentyabr 2019    Oxunub:1947
Xətai RPİ 36-cı Polis Bölməsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində üzərində qanunsuz silah daşımaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər narkotiklə əlaqəli cinayətə görə məhkum olunmuş X.Axundov saxlanılıb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, şəxsi axtarış zamanı ondan nömrəsi silinmiş “Naqan” markalı tapança və 5 ədəd patron aşkar edilərək götürülüb.

Azvision.az


Teqlər: DİN   Tapança  





Xəbər lenti