Oğurluğa gedən maskalı şəxs ev sahibini bıçaqladı

Oğurluğa gedən maskalı şəxs ev sahibini bıçaqladı
  06 Sentyabr 2019    Oxunub:1468
Şəmkir Rayon Polis Şöbəsinə müraciət edən Xuluf kənd sakini E.Atakişiyev sentyabrın 4-də axşam saatlarında evinə girmiş maskalı şəxsin onunla rastlaşdıqda qol nahiyəsinə bıçaqla xəsarət yetirib hadisə yerini tərk etməsini bildirib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a bildiriblər ki, müraciətlə əlaqədar dərhal müvafiq araşdırmalar aparılıb. Bu cinayət əməlini törətməkdə şübhəli bilinən kənd sakini R.Vəliyev keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla əlaqədar cinayət işi başlanıb.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti