Üzvü gübrələrin istehsalı genişləndiriləcək
“AqriBioEkoTex” MMC-nin rəhbəri Əlibala Əlizadə bildirib ki, zəhərlənmiş torpaqların bərpası və ekoloji cəhətdən səmərəli kənd təsərrüfat məhsullarının becərilməsi üçün sənaye miqyasında faydalı mikroorqanizmlərin becərilməsinin elmi cəhətdən əsaslandırılmasında iştirak edilməsi, birgə təlim, seminar və elmi-praktik konfransların həyata keçirilməsi mühüm dövlət proqramlarının, Strateji Yol Xəritələrində əksini tapmış tələblərdir.
Bildirilib ki, “AqroBioEkoTex” MMC-nin istehsal etdiyi bioloji aktiv məhsullar və bioməhsulların institutun təcrübə sahələrində tətbiqinin həyata keçirilməsi, eyni zamanda kənd təsərrüfatının inkişafı üçün müasir biotexnologiyanın İnstitutun müvafiq laboratoriyasında tətbiqinin həyata keçirilməsi təmin olunacaq.
Daha sonra institutun əməkdaşları üçün sahə nümayişi keçirilib, biohumus istehsalı, habelə xüsusi mikrobioloji preparatlardan istifadə edərək hər növ heyvan, quş peyinlərindən və kanalizasiya çamurunu fermentasiya etməklə gübrə istehsal edilməsi qaydaları nümayiş etdirilib.
Azvision.az
Teqlər: KTN