Abşeronda 35 yaşlı kişi dənizdə boğulub

Abşeronda 35 yaşlı kişi dənizdə boğulub
  07 Sentyabr 2019    Oxunub:1868
Xəzər dənizində boğulan şəxsin meyiti tapılıb.
Fövqəladə Hallar Nazirliyi (FHN) Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, nazirliyin "112" qaynar telefon xəttinə Abşeron rayonunun Görədil kəndində, çimərlikdə, qeyri-məntəqə (nəzarətsiz) ərazidə 1 nəfərin dənizə düşməsi barədə məlumat daxil olub.

Dərhal hadisə yerinə cəlb olunan Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri 1984-cü il təvəllüdlü Gözəlov Murad Ədalət oğlunun meyitini sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Azvision.az


Teqlər: FHN   Dəniz  





Xəbər lenti