Polis cinayətkarı 16 il sonra tapdı

 Polis cinayətkarı 16 il sonra tapdı
  09 Sentyabr 2019    Oxunub:1779
Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları axtarışda olan şəxsi saxlayıblar.
DİN-in Mətbuat xidmətinin Lənkəran regional qrupundan Azvision.az -a verilən məlumata görə, Cinayət Məcəlləsinin 126.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə barəsində axtarış elan olunmuş Cəlilabad rayon Gülməmmədli kənd sakini Hikmət Ağayev Cəlilabad RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Gəncə şəhəri ərazisində saxlanılıb.

Qeyd edək ki, H.Ağayev 02.01.2003-cü ildən axtarışda olub.

Azvision.az



Teqlər: DİN   Cinayətkar  





Xəbər lenti