Külli miqdarda narkotik dövriyyədən çıxarılıb

  09 Sentyabr 2019    Oxunub : 647
Külli miqdarda narkotik dövriyyədən çıxarılıb
Daxili işlər orqanları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı qətiyyətli mübarizə tədbirlərini uğurla davam etdirirlər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan Azvision.az -a verilən məlumata görə, Gəncə Şəhər Baş Polis İdarəsinin Kəpəz Rayon Polis İdarəsi (RPİ) əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik vasitə dövriyyədən çıxarılıb.

Narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş 1975-ci il təvəllüdlü Bəxtiyar Şəmsi saxlanılaraq RPİ-yə gətirilib. Onun əlindəki idman çantasının içərisindən ümumi çəkisi 2 kiloqram 395 qram olan marixuana aşkarlanaraq götürülüb.

Davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Gəncə Şəhər Baş Polis İdarəsinin Nizami RPİ-nin əməkdaşları narkotik vasitənin saxlanılmasında şübhəli bilinən Göygöl rayon sakini, əvvəllər məhkum olunmuş 1970-ci il təvəllüdlü Rasim Hümbətovu saxlayıblar. Onun üzərinə qanunvericiliklə müəyyən edilmiş qaydada baxış keçirilən zaman 2,8 qram heroin aşkar edilərək götürülüb.

Hər iki faktla bağlı araşdırmalar davam etdirilir.

Azvision.az

Teqlər: