Bakı sakinini döyüb pulunu aldılar

Bakı sakinini döyüb pulunu aldılar
  10 Sentyabr 2019    Oxunub:1746
Yasamal RPİ-nin 26-cı Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini F.Cəfərov sentyabrın 9-da gecə saatlarında naməlum 2 nəfərin onun sifətinə yumruqla xəsarət yetirərək 700 manat pulunu və mobil telefonunu aldıqlarını bildirib.
Bu barədə Azvision.az -a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, dərhal başlanılmış əməliyyat-axtarış tədbirləri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinən Yevlax rayon sakini, əvvəllər məhkum olunan C.Tapdıqzadə və M.Hacıyev qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti