Narkotacirdən 2,3 kq marixuana götürülüb

  10 Sentyabr 2019    Oxunub : 804
Narkotacirdən 2,3 kq marixuana götürülüb
Samux Rayon Polis Şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Sumqayıt şəhər sakini C.Bəylərov saxlanılıb.
Bu barədə Azvision.az -a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, şəxsi axtarış zamanı ondan 2,3 kiloqrama yaxın marixuana aşkar edilərək götürülüb.

Azvision.az

Teqlər: DİN   Narkotik