Astarada ikimərtəbəli ev yanıb

  10 Sentyabr 2019    Oxunub : 953
Astarada ikimərtəbəli ev yanıb
Astara rayonunun Şahağac kəndində yanğın olub.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, ümumi sahəsi 260 m² olan ikimərtəbəli 7 otaqlı evin ikinci mərtəbəsində 4 otağın tavanı və dam örtüyünün yanar konstruksiyaları 130 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az

Teqlər: FHN   Astara   Yanğın   Ev