Gəncə sakinindən 1 kq marixuana götürülüb
Bildirilib ki, onun üzərinə qanunvericiliklə müəyyən edilmiş qaydada baxış keçirilən zaman 10.5 qram çəkidə narkotik vasitə olan “marixuana” və 1.2 qram “heroin” aşkar olunaraq götürülüb.
Davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində H.Quliyevin şəhər ərazisindəki yaşadığı mənzilə baxış keçirilən zaman oradan 1 kiloqram çəkidə narkotik vasitə olan qurudulmuş “marixuana” aşkar olunaraq götürülüb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Azvision.az