Avtomobil qəzası 2 min evi qazsız qoydu

  12 Sentyabr 2019    Oxunub : 838
Avtomobil qəzası 2 min evi qazsız qoydu
Bakının Binəqədi rayonunda avtomobil qəzası qaz xəttinin zədələnməsinə səbəb olub.
"Azəriqaz" İB-dən Azvision.az -a verilən məlumata görə, Binəqədi rayonu, Sulutəpə qəsəbəsində avtomobil qəzası zamanı diametri 159 mm olan qaz xətti zədələnib və qaz sızması aşkarlanıb.

Baş verənlərin aradan qaldırılması üçün bu gün saat 10:00-dan təmir işlərinə start verilib. Təmir başa çatana qədər həmin ərazidə 2 min istehlakçının qaz verilişində fasilələr tətbiq olunacaq.

Azvision.az

Teqlər: Qaz