Bakı və Gəncədə yaşayış binalarında yanğın olub

Bakı və Gəncədə yaşayış binalarında yanğın olub
  12 Sentyabr 2019    Oxunub:2731
Bakı şəhərinin Nərimanov rayonunda çoxmərtəbəli yaşayış binasının on yeddinci mərtəbəsində quraşdırılan elektirik lövhəsində 5 ədəd elektirik sayğacı və 3 ədəd elektirik açarı yanıb.
Azvision.az Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, mənzillər yanğından mühafizə olunub.

Bundan başqa Göyçay şəhərində beşmərtəbəli yaşayış binasının ikinci və beşinci mərtəbələri boyunca eyvanlar və əşyalar 39 m² sahədə yanıb. Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğınlar yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.​

Azvision.az



Teqlər: FHN   Yanğın  





Xəbər lenti