Sumqayıtda yanğın, sakinlər təxliyə olundu

Sumqayıtda yanğın, sakinlər təxliyə olundu
  13 Sentyabr 2019    Oxunub:1445
Sumqayıt şəhərində yanğın baş verib.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, ümumi sahəsi 50 m² olan iki otaqlı mənzilin mətbəx mebeli 3 p.m sahədə yanıb, yüksək temperaturdan lambirindən ibarət tavanı 10 m² sahədə əriyib.

Yanğın zamanı 8 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.​

Azvision.az



Teqlər: FHN   Yanğın  





Xəbər lenti