Baş Prokurorluq: Firudin Ələkbərlinin qətli obyektiv araşdırılır

  13 Sentyabr 2019    Oxunub : 1971
Baş Prokurorluq: Firudin Ələkbərlinin qətli obyektiv araşdırılır
Tovuz rayon sakini Firudin Ələkbərlinin qəsdən öldürülməsi faktı ilə bağlı başlanmış cinayət işi üzrə istintaqın davam etdirilməsi Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinə tapşırılıb.
Azvision.az xəbər verir ki, bunu Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Eldar Sultanov bildirib.

"İş üzrə bütün halların tam, hərtərəfli və obyektiv araşdırılması istiqamətində zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir", - E.Sultanov qeyd edib.

Azvision.az

Teqlər: Baş-Prokurorluq