Azərbaycan hərbçiləri Almaniyada təlimdə

  14 Sentyabr 2019    Oxunub : 1151
 Azərbaycan hərbçiləri Almaniyada təlimdə
Azərbaycan Ordusunun hərbi qulluqçuları Almaniyanın “Hohenfels” təlim mərkəzində keçirilən “Saber Junction - 19” çoxmillətli briqada taktiki təlimində iştirak edirlər. Müdafiə Nazirliyindən Azvision.az -a verilən məlumata görə, hərbi təlimdə fəaliyyətlərlə bağlı tapşırıqlar dəqiqləşdirilir və təlimin şəxsi heyətinin təlimatlandırılması icra olunur.
Qeyd edək ki, təlimə Azərbaycan Ordusunun nümayəndələri ilə yanaşı, NATO-nun üzv və tərəfdaş ölkələrinin ordularından 2000-dək hərbi qulluqçu cəlb olunub.

Azvision.az

Teqlər: MN   Təlim