Bakıda ağır qəza - 3 ölü, azı 6 yaralı var

  15 Sentyabr 2019    Oxunub : 1307
 Bakıda ağır qəza - 3 ölü, azı 6 yaralı var
Bakıda ölümlə nəticələnən zəncirvari qəza baş verib.
Azvision.az “Report”-a istinadən xəbər verir ki, hadisə Novxanı yolunda yerləşən “Lukoil” yanacaqdoldurma məntəqəsinin yanında baş verib.

Qəza yerindən gələn təcili və təxirəsalınmaz tibbi yardımın həkimi bildirib ki, bir neçə avtomobilin toqquşması nəticəsində üç nəfər ölüb, azı 6 nəfər xəsarət alıb.

Yaralılardan bir neçəsi 1 saylı Şəhər Kliniki Xəstəxanasına gətirilib. Xəsarət alanlardan biri həkimlərin müdaxiləsinə baxmayaraq xəstəxanada dünyasını dəyişib.

Yaralıların içərisində ana və bir yaşlı körpəsi də var.

Azvision.az

Teqlər: Qəza   Novxanı