1,2 milyon abunəçi yeni sayğacla təchiz edilib - “Azərişıq”
Onun sözlərinə görə, bu gün də “Azərişıq” texniki itkilərin azaldılması, uçot sisteminin təkmilləşdirilməsi, habelə dayanıqlı elektrik təchizat sisteminin təmin edilməsi üçün işləri davam etdirir:
"Bunun üçün yenidənqurma işləri aparılır, ağac dayaqlar yeni dəmir-beton dayaqlarla əvəz olunur, eləcə də sayğaclar yenilənir. 2015-ci ildən bəri təxminən 1 milyon 200 minə yaxın abunəçi yeni sayğacla təchiz edilib. İlin sonuna qədər texniki itkilərinin xüsusi çəkisinin daha 0,1-0,2 faiz bəndi, növbəti ildə isə 0,5,%- 0,7% azalmasına nail olacağıq".
T.Mustafayev qeyd edib ki, "Azərişıq" Azərbaycanın kəndlərində elektrik enerjisi sisteminin yenidən qurulması ilə bağlı layihələndirmə işləri aparır:
"Son 4 ildə 400 kənddə, cari ilin 8 ayında isə 65 kənddə (0,4 kVt-luq şəbəkələrdə) yenidənqurma işləri aparılaraq ümumilikdə 350 min istehlakçının elektrik enerjisi təchizatının 24 saat dayanıqlığı və keyfiyyəti tam təmin olunub".
Azvision.az
Teqlər: Azəqişıq