“Təhsil müasir cəmiyyətin ən böyük sərvətidir” - Əli Əhmədov

“Təhsil müasir cəmiyyətin ən böyük sərvətidir” -  Əli Əhmədov
  16 Sentyabr 2019    Oxunub:2165
Sentyabrın 16-sı Azərbaycanda yeni dərs ilinin başlanğıcı, Bilik günüdür. İlk dəfə məktəbə gedənlər başda olmaqla bütün şagirdləri və onların valideynlərini bu münasibətlə təbrik edirəm.
Azvision.az xəbər verir ki, bu barədə Baş nazirin müavinin, hakim Yeni Azərbaycan Partiyasının sədr müavini – icra katibi Əli Əhmədovun "Facebook" sosial şəbəkəsində paylaşdığı təbrik mətnində deyilir.

Ə. Əhmədov bildirib ki, təhsil, bilik müasir cəmiyyətin ən böyük sərvətidir: "Dövlətimiz gənc nəslin layiqli təhsil alması naminə geniş imkanlar yaradıb. Bu gün məktəb partaları arxasında oturan yeniyetmələr, universitetlərdə oxuyan tələbələr gələcəkdə Azərbaycanın inkişafına və tərəqqisinə böyük töhfə verəcək, dövlətimizin keşiyində layiqincə duracaqlar.

Məktəbə qayğı tək dövlətin deyil, cəmiyyətin hər bir üzvünün işi olmalıdır. İnanıram ki, hər birimizin səyləri nəticəsində yaxşı oxumaq, müasir biliklərə yiyələnmək istəyi yetişməkdə olan nəslin əsas fərqləndirici xüsusiyyəti olacaq. Gəlin uşaq və gənclərimizdə kitaba məhəbbəti, biliklərə həvəsi birlikdə gücləndirək".

Azvision.az



Teqlər: Əli-Əhmədov  





Xəbər lenti