Keçmiş məhkumun maşınından tapança götürülüb

Keçmiş məhkumun maşınından tapança götürülüb
  16 Sentyabr 2019    Oxunub:1239
Füzuli Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 13-də saat 21 radələrində Bala Bəhmənli kəndi ərazisində Ağcabədi rayon sakini, əvvəllər məhkum olunmuş M.Qasımovun idarə etdiyi “VAZ-21011” markalı avtomobil saxlanılıb.
Daxili İşlər Nazirliyindən Azvision.az -a verilən xəbərə görə, baxış zamanı avtomobildən nömrəsi silinmiş “Makarov” markalı tapança, 1 ədəd patron darağı, 3 ədəd patron, 1 ədəd uzaqgörmə cihazı və 2 ədəd bıçaq aşkar edilərək götürülüb. Faktla bağlı araşdırma aparılır.

Azvision.az



Teqlər: DİN   silah  





Xəbər lenti