8 yaşlı uşağı maşın vurub öldürdü

 8 yaşlı uşağı maşın vurub öldürdü
  17 Sentyabr 2019    Oxunub:2493
Sentyabrın 16-da saat 16 radələrində Şamaxı şəhərinin ərazisində Dəmirçi kənd sakini Səməd Balayev idarə etdiyi “Niva” markalı avtomobillə yolu keçən şəhər sakini, 8 yaşlı Yusif Nuruyevi vurub.
DİN Mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, xəstəxanaya yerləşdirilən uşaq orada ölüb. Şamaxı RPŞ tərəfindən araşdırma aparılır.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti