5 evdən oğurluq edən keçmiş məhkumlar tutuldu

5 evdən oğurluq edən keçmiş məhkumlar tutuldu
  17 Sentyabr 2019    Oxunub:1668
Sumqayıt ŞPİ 1-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 15-də Qurd dərəsi bağlar sahəsindəki evlərin birindən məişət əşyaları və inşaat materialları oğurlamaqda şübhəli bilinən şəhər sakinləri, əvvəllər məhkum olunanlar - S.Cəfərov və E.Qasımov saxlanılıblar.
DİN Mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, ətraflarında aparılan tədbirlərlə onların daha 3 həyətyanı sahədən məişət əşyaları, 1 evdən isə təmir-tikinti alətləri, məişət əşyaları və inşaat materialları oğurlamaları da müəyyən edilib.


Azvision.az



Teqlər: DİN  





Xəbər lenti