İki nəfərdən tüfəng götürülüb

  17 Sentyabr 2019    Oxunub : 861
İki nəfərdən tüfəng götürülüb
Qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi, eyni zamanda, könüllü təhvil verilməsi məqsədilə polis orqanları tərəfindən əməliyyat-axtarış və profilaktiki tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, Tərtər Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Qapanlı kənd sakinləri E.Məmmədovun və R.Hümbətovun yaşadıqları evlərə baxış zamanı hər birindən 1 ədəd müvafiq sənədləri olmayan “İJ” markalı ov tüfəngləri aşkar edilərək götürülüb.

Azvision.az

Teqlər: Tüfəng