Agentlik əməkdaşları İmişlidə monitorinq aparıb
Agentliyin əməkdaşları tərəfindən kənd yollarında hərəkətin təhlükəsizliyinin təmin edilməsi, traktor və digər mexaniki nəqliyyat vasitələri tərəfindən yol hərəkəti qaydalarının pozulması hallarının müəyyənləşdirilməsi, dövlət qeydiyyatından keçməyən və dövlət texniki baxışına təqdim olunmamış texnikaların aşkarlanması və texniki istismar qaydalarına riayət olunması vəziyyətinin yoxlanılması məqsədi ilə növbəti monitorinq təşkil edilib. Monitorinq zamanı mexaniki nəqliyyat vasitələrində istismar prosesində təhlükəsizlik qaydalarına əməl edilməsinə dair ümumi tələblərin yerinə yetirilməsi vəziyyətinə baxılıb, aşkar olunan nöqsanların qarşısının alınması haqqında mexanizatorlara tövsiyələr verilib və bu barədə maarifləndirmə tədbirləri həyata keçirilib.
Texnika mülkiyyətçilərinə və mexanizatorlara xidmətin fəaliyyətini və xidmət rüsumlarını əks etdirən maarifləndirici bukletlər paylanılıb.
Eyni zamanda AXA əməkdaşları tərəfindən fəaliyyət istiqamətlərinə uyğun olaraq kəndlərdə fermer və mexanizatorlara təlimlər keçirilib və onları maraqlandıran suallar cavablandırılıb.
Azvision.az