Yol polisini təhqir edən sürücü ilə bağlı araşdırma gedir

  18 Sentyabr 2019    Oxunub : 2348
Yol polisini təhqir edən sürücü ilə bağlı araşdırma gedir
Sosial şəbəkələrdə Bakıda yol polisi ilə sürücü arasında yaranan mübahisənin təfərrüatları Bakı Şəhər Baş Polis İdarəsində araşdırılır.
Bu barədə Azvision.az -a açıqlamasında Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat xidmətinin rəhbəri, polis mayoru Elşad Hacıyev deyib. Onun sözlərinə görə, araşdırmanın nəticəsi ilə bağlı ictimaiyyətə geniş məlumat veriləcək.



Qeyd edək ki, sosial şəbəkələrdə yol polisi ilə sürücü arasında baş verən mübahisənin video-görüntüləri yayılıb. Sürücü barəsində protokol yazıldığına görə polis əməkdaşını təhqir edib.

Azvision.az

Teqlər: DYP   BŞBPİ