Goranboy rayonunun Balakürd kəndi ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, kənd ərazisində Tərtər rayon sakini T.Allahverdiyev idarə etdiyi “BMW” markalı avtomobili aşırıb.
Nəticədə avtomobildəki sərnişin - Abşeron rayon sakini Günel Manafova hadisə yerində ölüb, sürücü isə xəstəxanaya yerləşdirilib. Goranboy RPŞ tərəfindən araşdırma aparılır.