Külli miqdarda narkotik dövriyyədən çıxarılıb

Külli miqdarda narkotik dövriyyədən çıxarılıb
  21 Sentyabr 2019    Oxunub:1695
Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsi və Kürdəmir Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında birgə keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Karrar qəsəbə sakini Ə.Əliyevin yaşadığı evdən 3,2 kiloqrama yaxın marixuana aşkar edilərək götürülüb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, İmişli Rayon Polis Şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Qızılkənd kənd sakini, əvvəllər məhkum olunan H.Qocayevin evindən 3,1 kiloqrama yaxın marixuana götürülüb.

Azvision.az


Teqlər: Narkotik   DİN  





Xəbər lenti